Ermənistan xüsusi təyinatlıları qəzaya düşdü: Ölən və yaralananlar var

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının idarə etdiyi iki avtomobilin toqquşması nəticəsində bir neçə hərbçi ağır xəsarət alıb.

Yenicag.az-ın məlumtına görə, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Bildirilib ki, iyulun 12-də saat 02.10 radələrində Yerevan-Yerasx avtomobil yolunun 16-cı kilometrində hərbi hissənin 27 yaşlı hərbi qulluqçusu Ruben Qriqoryanın idarə etdiyi “Opel” markalı avtomobil Ermənistan ordusuna məxsus hərbi avtomobilə çırpılıb. Nəticədə “UAZ Pikap” markalı avtomobil aşıb və bir neçə hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yol nəqliyyat hadisəsi zamanı xəsarət alan hərbi qulluqçular 28 yaşlı X.Narek, 23 yaşlı S.Qrişa, 30 yaşlı T.Hraç, 26 yaşlı S. Seryoja və daha bir nəfər hələlik adı bilinməyən hərbçi “Erebuni” tibb mərkəzinə təxliyə edilib.

Yaralanan hərbçilərdən birinin yolda öldüyü bildirilir. Hadisə yerinə mülki polislər, eləcə də Ararat və Vayots Dzor vilayət hərbi polis şöbəsinin əməkdaşları cəlb olunub.

Müayinə zamanı içkili vəziyyətdə idarəetməni itirən Ermənistan ordusunun 556-cı əlahiddə motaatıcı alayın hərbi qulluqçusu olan “Opel”in sürücüsünün qəzanın baş verməsində günahkar olduğu məlum olub.

“UAZ Pikap” markalı avtomobil isə Ermənistan ordusunun xüsusi təyinatlı qüvvələrini 22-ci briqadasına məxsusdur.

COP29