Ermənistan yalan məlumat yayır

İşğal altında olan yaşayış məntəqələrinə guya Azərbaycan Ordusunun raket zərbələri endirməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır və dezinformasiyadır.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistandan fərqli olaraq Azərbaycan humanitar atəşkəs rejiminə tam əməl edir.