Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənistana "Azərbaycan ərazilərindən çəkil" çağırışı da olmalıdır” - Çavuşoğlu

Reklam: Sinerji Pro

“Azərbaycanın verəcəyi qərarı hər şərtdə masada və meydanda dəstəkləyəcəyik”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Heç kəs müharibə istəməz. Atəşkəs çağırışlarından əlavə, Ermənistana da “Azərbaycan ərazilərindən çəkil” çağırışı olarsa, BMT Təhlükəsizlik Şurası və ATƏT-in qərarları xatırladılaraq çağırışlar edilərsə, o zaman beynəlxalq ictimaiyyətin bu problemi həll etmə arzusunu görə bilərik. Ancaq bu çağırış, təəssüf ki, edilmir. Ukrayna və Gürcüstandakı vəziyyəti dəyərləndirərkən ATƏT daxil olmaqla hamımız deyirik ki, Rusiya və ya oradakı ünsürlər oradan çəkilməlidir, ora Gürcüstan və Ukrayna əraziləridir. Amma Qarabağ məsələsində eyni çağırışı etmirik”, – o vurğulayıb.

www.yenicag.az

126