“Ermənistana güzəşt edilməsinə icazə verməyəcəyik” – Türkiyə Müdafiə Nazirliyindən sərt Qarabağ bəyanatı

Ehtiyac olacağı təqdirdə heç bir tərəddüd etmədən Azərbaycana lazımi dəstəyi verəcəyik.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MMN) açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, Türkiyə imzalanmış atəşkəs sənədinin şərtlərinin yerinə yetirilməsi, bütün torpaqların sahiblərinə geri qaytarılması və bölgədə sülhün bərqərar olmasını yaxından təqib edir.

“Azərbaycanın tələblərindən heç bir halda vaz keçməyəcəyik . Qeyd etdiyimiz kimi, heç bir güzəştə yol verməyəcəyik və ehtiyac olacağı təqdirdə tərəddüd etmədən Azərbaycana hər cür dəstək verəcəyik. Azərbaycanın mübarizəsi bizim mübarizədir. Sevinci sevincimiz, kədəri kədərimizdir” – deyə, açıqlamada qeyd olunur.