Ermənistana məxsus taktiki PUA məhv edilib – Foto

Cəbhənin Ağdam istiqamətində Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 2-si günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus “X-55” taktiki PUA Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Yeniçağ.az