Ermənistan prezidenti Armen Sarkisyanın səhhətində problem yaranıb.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun köməkçisi Asmik Petrosyan bildirib.
Onun sözlərinə görə, Sarkisyanın səhhətində koronavirusla əlaqədar müəyyən fəsadlar yaranıb və bu səbəbdən klinikaya yerləşdirilib.
Erməni KİV-lərinin yaydığı məlumata görə, vəziyyəti pisləşən Sarkisyanın ürəyinə stent qoyulub.