Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Ermənistana Saakaşvili kimi prezident lazımdır"

“Gürcüstanda Mixail Saakaşvilinin etdiyi radikal dəyişiklikləri Ermənistanda da etmək lazımdır”.

Bunu Ermənistanda parlament seçkilərinin təşviqat-təbliğat kampaniyası çərçivəsində vətəndaşlarla görüşündə “Оhаnyan-Raffi-Oskanyan” blokundan deputatlığa namizəd, keçmiş müdafiə naziri Seyran Ohanyan deyib.

“Gürcüstanda korrupsiyaya çox qurşanmış, kriminal insanlar, zəif idarəçiliyi olan şəxslər var idi. Saakaşvili bütün bu halların qarşısını kəsdi, öz islahatları nəticəsində korrupsiya tamamilə yoxa çıxdı, ölkə xarici sərmayə ilə doldu. Biz Gürcüstandan çox geridə qalmışıq. Ermənistanda kəskin və sərt islahatlar olmalıdır”- Ohanyan deyib.

Yeniçağ.az

www.yenicag.az

124