Ermənistana yeni il hədiyyəsi: “Qonşumuzun” Azərbaycana nə qədər nifrət etdiyi ortadadır”

“İran Ermənistanı silahlandırıb bölgədə yeni müharibə yaratmağa cəhd edir”.

Bunu İranın Ermənistana hədiyyə raket sistemi verməsinə münasibət bildirən siyasi şərhçi Qabil Hüseynli Yenicag.az-a çıqlamasında deyib.

O, bildirib ki, İran Sovet İttifaqı dağılan andan müstəqil Azərbaycana qarşı hazırlanan təxribatlara köməklik göstərir:

“İranın Ermənistana hərtərəfli dəstəyi nəzərdən qaçmır. İran blokadaya alınmış dövrdə Ermənsitana həyat cığırı açdı. Bu cığırla Ermənistana lazım olan hərbi material göndərdi. Dünənə qədər üstü örtülü iş görməyə müəyyən qədər nail olub. Bu gün isə hər şeyi açıq edir.

İran Ernistana hədiyyə verdiyi raket sisteminin qiyməti yarım milyard dollara çatır. “Qonşumuzun” Azərbaycana nə qədər nifrət etdiyi ortadadır. Ermənistanı silahlandırıb bölgədə yeni müharibə yaratmağa cəhd edir.

İran Qarabağdakı terrorist separatçılara silah göndərməklə yetinməyib, üstəlik təxribatçı qrupda göndərir. Regionu yenidən destablizə etmək niyyətində olan İran malından, pulundan, hətta ayrı-ayrı adamlarından belə keçir.

Ciddi inqilabi proses gedən ölkədə xalq molla hakimiyyətini yıxmağa çalışır. Ölkəsində baş verən iğtişaşlar belə İranı Azərbaycana olan nifrətindən zərrə qədər yayındırmır.

Dövlətimiz Cənubi Azərbaycandakı həmvətənlərimizin hüquqlarını dəstəkləyir. Onların mədəni kimliyinin, dilinin və mədəniyyətinin qorunması üçün lazım olan addımı atır. İran Ermənistanı müdafiə edirsə, Azərbaycan Cənubi Azərbaycandakı soydaşlarımızı dəstəkləyir. Bu da bizim İrana cavabımız”.

Nəsimi Ələsgərli