Ermənistana yeni müdafiə naziri təyin olundu

 

a9ebbfb0b40a5193d6c01d481d339983Ermənistan prezidenti Serj Sarkisyan yeni müdafiə nazirinin təyinatı barədə sərəncam imzalayıb.

Seyran Ohanyanı bu vəzifədə Viqen Sarkisyan əvəz edəcək. O, prezident administrasiyasının rəhbəri olub.

V. Sarkisyan 1975-ci il təvəllüdlüdür. İrəvan Dövlət Universitetində, eləcə də Fletçer Hüquq və Diplomatiya Məktəbində, Tafts və Harvard universitetlərində təhsil alıb.(APA)