Ermənistanda 3 yüksək rütbəli hərbçi fərariliyə görə HƏBS EDİLDİ

Ermənistanda daha üç yüksək rütbəli hərbçi fərariliyə görə həbs olunub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası məlumat yayıb. Məlumatda bildirilir ki, 44 günlük müharibədə fərariliyə görə Ermənistan ordusunda üç hərbçi həbs edilib.

“Bunlar batalyon komandirinin müavini mayor A.S., tağım komandirləri, leytenantlar V.T. və fərdi öhdəliklərini yerinə yetirməkdən imtina edən R.G.-dir”, – məlumatda deyilir.

Xuraman Etibarlı