Ermənistanda 4 məktəbdə Azərbaycan dili tədris olunur

2022-2023-cü tədris ilində Ermənistanda 12 məktəbdə türk dili, 4 məktəbdə isə Azərbaycan dili tədris olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yalnız 10-12-ci sinif şagirdləri Azərbaycan və türk dillərini öyrənirlər.

“Daha 400 məktəb yaxın gələcəkdə regional dillərin (türk, azərbaycan, gürcü və iran) tədrisinə başlamaq istəklərini bildiriblər”, – deyə məlumatda qeyd olunub.

COP29