Ermənistanda “ağ fil”ə dönən Rusiya Su-30-ları: “Azərbaycan buna cavab olaraq…”

İrəvanın Rusiyadan aldığı Su-30SM qırıcıları ölkə üçün göz dağına çevrilib.

Yenicag.az xəbər verir ki, “Oryx” nəşri Ermənistanın Rusiyadan aldığı 4 Su-30SM qırıcılarının istifadə edilmədiyi üçün “ağ fil”ə döndüyünü yazıb.

Nəşrin yazdığına görə, İrəvanın aldığı bu qırıcılar Azərbaycan üzərində havada üstünlüyü təmin etmək üçün yetərli deyil:

“Ermənistandakı SU-30-lar Qarabağ səmasında Azərbaycanın pilotları Türkiyədə hazırlıq keçmiş doqquz Miq-29-na qarşı rəqabət aparmaq imkanında deyil”.

Qeyd olunur ki, Ermənistanın kasıb büdcəsi 4 deyil, 12 Su-30SM almağa imkan vermir. Əgər ala bilsə belə, Azərbaycan da cavab olaraq Pakistandan 24 ədəd JF17 təyyarələri alacaq. Bu isə Ermənistan üzərində havada mütləq üstünlüyü təmin edəcək.