Ermənistanda anti-Paşinyan HƏRƏKATI: Kreml proseslərə müdaxilə edir – AÇIQLAMA

“Bu qərar Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyən qüvvələrin əlində fürsətdir. Yəni Ermənistanda hazırki xaos hələ bir müddət davam edəcək”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanın işğal altındakı kəndlərinin geri qaytarılmasına erməni cəmiyyətinin reaksiyasından danışan politoloq Qafar Çaxmaqlı deyib.

Onun sözlərinə görə, hazırda kəndlərin Azərbaycana geri qaytarılması ilə Paşinyana müxalif qüvvələr könüllülər və iştirakçılar yığaraq mitinqlər keçirir.

“Narazı qüvvələrin əsas istəyi təbii olaraq həmin qərarın ləğvidir. Bu isə mümkünsüzdür.

Paşinyan atdığı addımdan geri durmayacaq. İndiki vəziyyətdə aksiyaların dağıdılması üçün ordudan və polisdən istifadə edildiyi görülür. Baş verən prosesləri istər erməni ekspertlər, istərsə də xarici siyasi şərhçilər təhlil edərkən yaranan situasiyanın Ermənistan yeni anti-Paşinyan hərəkatının başlanmasına səbəb olacağını qeyd edir”, – deyə o bildirib.
Q.Çaxmaqlı bildirib ki, bu qərar Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyən qüvvələrin əlində fürsətdir:

“Yəni Ermənistanda hazırki xaos hələ bir müddət davam edəcək. Hətta rusiyameyilli qüvvələr Kremlin proseslərə müdaxiləsini belə məqbul sayır”.

Nəsimi Ələsgərli

COP29