Ermənistanda atışma oldu, yaralılar var

Ermənistanın paytaxtı Yerevanda atışma olub.

Yenicag.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Burnazyan küçəsində qeydə alınıb. Atışma zamanı 2 nəfər xəsarət alıb. Onlar “Erebuni” tibb mərkəzinə yerləşdiriliblər.

Yaralıların şəxsiyyəti müəyyənləşdirilir.