Ermənistanda Azərbaycan suları satılır – Foto

X sosial şəbəkə platformasında “Şuşik” adlı erməni istifadəçi Gümrü aeroportunda Azərbaycan istehsalı “Badamlı” suyunun satıldığını iddia edib.

Yenicag.az Globalinfo.az-a istinadla xəbər verir ki, o bununla bağlı X hesabında foto paylaşıb.

İddiaya görə, sözügedən foto Ermənistan Teleqram kanallarında yayılıb.

Bəzi Ermənistan vətəndaşları son zamanlar sərhəd ərazilərdə Azərbaycan və Türkiyə məhsullarının satışına rast gəlindiyini bildiriblər.

Məsələ sosial şəbəkələrin Ermənistan seqmentində müzakirələrə səbəb olub.

COP29