Ermənistanda baş nazirin seçiləcəyi yeni tarix açıqlanıb.
Mayın 8-də parlamentin bununla bağlı iclası keçiriləcək. Bu barədə parlamentin sədri Ara Babloyan məlumat verib. O qeyd edib ki, baş nazirin seçkisi il bağlı xüsusi iclas yerli vaxtla saat 12:00-da başlayacaq.
Xatırladaq ki, mayın 1-də keçirilən iclasda baş naziri seçmək mümkün olmayıb. Bu vəzifəyə yeganə namizəd Nikol Paşinyan 53 səsə ehtiyac olduğu halda, 45 səs toplayıb.(APA)