Sentyabrın 2-də saat 17:30 radələrində mühəndis işləri (yol tikintisi məqsədilə partlayış işlərinin görülməsi) zamanı baş vermiş partlayış nəticəsində Erəminstan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mayoru Arman Rubikoviç Babacanyan və hərbçi Artur Haykoviç Poqosyan həlak olub.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.