Ermənistanda çaxnaşma: Aksiyaların miqyası böyüyür

Hakimiyyət üzvlərinə xəbərdarlıq edilib vəziyyəti gərginləşdirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Qəzet yazır ki, Nikol Paşinyan hakim “Vətəndaş müqaviləsi” fraksiyasının fəallarına və hökumətin təbliğat blokunun koordinatorlarına sosial şəbəkələrdə və mediada hərəkatı mümkün qədər keçmiş hakimiyyət və Rusiya ilə bağlamaq, eləcə də kilsəni və keşiş Baqratı gözdən salmaq, Ermənistanın dini dövlətə çevrilə bilməyəcəyini bəyan etmək və s. məsələlərlə bağlı aktiv işləməyi tapşırıb.

KİV əlavə edib ki, digər tərəfdən, hakimiyyət üzvlərinə xəbərdarlıq edilib ki, vəziyyəti gərginləşdirəcək, habelə narazı insanları hakimiyyətə qarşı yönəldəcək bəyanatlar səsləndirilməsin. Baş nazirin bu gün mətbuat konfransı verəcəyi də diqqətə çatdırılıb.

Rafi Müslümov

COP29