Ermənistanda daha 2132 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 2 132 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bu b arədə məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 112 680-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 32 nəfər artaraq 1 668-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 430-a yüksəlib. İndiyədək 70 130 nəfər infeksiyadan sağalıb.