Ermənistanda daha 41 nəfər koronavirusdan öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 115 855 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, son sutka ərzində 1 472 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 41 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 738 nəfər koronavirusdan ölüb, 40 012 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.