Ermənistanda daha bir Hindistan vətəndaşı ÖLDÜ

Hindistan vətəndaşı İrəvan xəstəxanasında dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə Shamshyan.com məlumat yayıb. Sayt bildirir ki, “Surb Qriqor Lusavoriç” tibb mərkəzində 21 yaşlı Hindistan vətəndaşı ölüb.

Məlumata görə, 21 yaşlı Qurav Kumari dekabrın 5-də xəstəxanaya aparılıb, dekabrın 10-da səhər isə gənc özünə gəlmədən ölüb.

Hadisə ilə bağlı materiallar hazırlanıb. Ekspertiza təyin edilib.

Xatırladaq ki, dekabrın 6-da Mohammad Aylasin adlı daha bir hindistanlı xəstəxanada dünyasını dəyişib.

Xuraman Etibarlı

COP29