Ermənistanda dövlət çevrilişinə cəhd – komandir tutuldu

sefilyan1466417918Ermənistanda dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, faktla bağlı 8 nəfər barəsində cinayət işi qaldırılıb, 6 nəfər isə həbs olunub.

Həbs olunanlar arasında, Serj Sarkisyan hakimiyyətinin ən kəskin tənqidçisi, Qarabağ müharibəsi iştirakçısı və Şuşa xüsusi batalyonunu keçmiş komandiri Jirayt Sefilyan da var.

İstintaqın məlumatına görə Sefilyan bir qrup şəxslə birlikdə Yerevandakı dövlət əhəmiyyətli obyektləri o cümlədən teleqülləni ələ keçirərək silahlı yolla hakimiyyətə gəlməyi planlaşdırıb.

Onun evindən odlu silah tapılıb. Bundan başqa. Onun tərəfdarlarından 2 ədəd avtomat və 120 güllə müsadirə olunub.

Faktla bağlı araşdırmalar davam edir. Yeni həbslərin olacağın gözlənilir.

Xatırladaq ki, Jirayr Sefilyan 1967-ci ildə Livanın Beyrut şəhərində andan olub. O, Dağlıq Qarabağ müharibəsinin aktiv iştirakçısı və Şuşa xüsusi batalyonunu komandir olub.