Ermənistanda əsgər anaları yenidən etiraza qalxdı

esger analari etiraz irevanErmənistanın paytaxtı İrəvanda qeyri-döyüş şəraitində ölən erməni əsgərlərin anaları etiraz aksiyası keçirib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, prezident iqamətgahı qarşısında toplaşan əsgər valideynləri övladlarının ölüm səbəblərinin araşdırılmamasından şikayətləniblər.

2010-cu ildə Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən əsgər Vayeri Muradyanın anası Nana Muradyan və əsgər Artur Xazaryanın anası İrina Xazaryan övladlarının işinə ciddi baxılmasını tələb ediblər.

İrəvan polisi etiraz edən əsgər analarına qarşı təzyiq göstərib.

Əsgər anaları dövlət tərəfindən onlara qayğı göstərilmədiyini deyiblər. Onlar etiraz etdiyi zamanı Hindistanın Ermənistandakı səfiri prezident iqamətgahında olub. Bu, valideynləri daha da hiddətləndirib.

`Biz problemimizi prezidentə çatdırmaq üçün 2 saatdır burada gözləyirik. Amma Serj Sarksyan bizə məhəl qoymur, orada səfirə ziyafət verir`,-deyə etirazçılar vurğulayıblar.

Sarkisyanın əsgər analarına qarşı hörmətsizliyi Ermənistanın müxalifət KİV-lərində sərt tənqid olunub.

Anar Kəlbiyev