Ermənistanın hərbi hissələrindən birində güllə yaraları olan iki əsgərin meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, avqustun 27-də naməlum şəraitdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbçiləri Artem Araykoviç Haykazyan və Armen Haykoviç Xaçatryan ölümcül güllə yarası alıblar.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
Məsimə