!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda hakimiyyət MÜHARİBƏSİ: “Bunu Sarkisyan dövründə də müşahidə etdik” - ŞƏRH

!Reklam – Yazi

“Arada olan fikir ayrılığı Vardanyan gəldikdən sonra pik həddə çatıb. Bunun bir nömrəli səbəbi Ermənistanda hakimiyyət davasıdır”.

Bunu Ermənistan Milli Məclisinin spikeri Alen Simonyanın “Qarabağ hakimiyyətinin” Azərbaycanla birbaşa danışıq aparmaq imkanı var və məhz onlar bu problemlə məşğuldurlar sözlərini şərh edən politoloq Zaur Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, hazırda Ermənistan hakimiyyəti ilə Qarabağdakı separatçılar arasında ciddi münaqişə olduğunun şahidiyik:

“Arada olan fikir ayrılığı Vardanyan gəldikdən sonra pik həddə çatıb. Bunun bir nömrəli səbəbi Ermənistanda hakimiyyət davasıdır. Paşinyanın Qarabağın beynəlxalq ictimaiyyətdə Azərbaycanın ərazisi kimi tanınması ilə bağlı açıqlamasını Vardanyan istehza ilə qarşılayıb.

Vardanyan fürsətdən istifadə edərək anti-Azərbaycan təfəkkürlü erməniləri Paşinyanın üzərinə qaldırmaq üçün açıqlamalar verdi. O, Köçəryanın, Sarkisyanın seçicilərini mübarizə aparmağa çağırır. Maraqlısı isə Vardanyanın kiminlə mübarizə aparmasıdır. Belə görünür ki, Paşinyana qarşı cəmiyyəti konsentasiya etmək istəyir.

Prinsip etibarilə baş verən hadisələr əvvəlcədən proqnozlaşdırılıb. Lakin proseslər vaxtından əvvəl reallaşdığı üçün Vardanyan daha tez hərəkətə keçdi. Fransa parlamenti sədrinin “Dağlıq Qarabağı” müstəqil dövlət kimi tanımadığı mənasına gələn çıxışı dünya ermənilərinin yuxudan oyanmalı olduğunun göstəricisidir. Ermənistanda və Xankəndidə yaşayan ermənilər Azərbaycanın hüququnlarını tanımağa borcludur.

Ermənistan hakimiyyətdə kimin olmasından asılı olmayaraq Qarabağla bağlı kompromisə getməyə güc tapmır. Bunu Sarkisyan dövründə də müşahidə etdik. O, çox əlverişsiz zamanda hakimiyyətdən qaçaraq bütün məsuliyyəti Paşinyanın üzərinə atdı. Hal-hazırda Paşinyanın çıxışları məsuliyyəti cəmiyyətlə paylaşmaqdan ibarətdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

296
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv