Ermənistanda helikopter qəzaya uğradı: 2 əsgər öldü

Ermənistan ordusuna aid helikopter qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.

Məlumatda, əvvəlcə əlaqənin kəsildiyi helikopterin 15 dəqiqə sonra qəzaya uğradığı barədə bildirilib.

Helikopterdə olan iki pilot həyatını itirib.

Helikopterin dağa çırpıldığı bildirilən məlumatda, hadisənin baş vermə səbəblərinin bəlli olmadığı qeyd edilib.

Faktla bağlı araşdırma aparılır.