İyulun 19-da Ermənistan silahlı qüvvələrində müqavilə əsasında xidmət edən hərbçilərdən biri minaya düşərək yaralanıb.
Bu barədə “Report” erməni KİV-lərinə istinadən xəbər verir.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, müqavilə əsasında N saylı hərbi hissədə xidmət edən hərbçi marşrutdan kənara çıxıb və baldırından xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən hərbçiyə tibbi yardım göstərilib.
Hazırda hadisə yerində istintaq qrupu işləyir. Hadisənin təfərrüatları araşdırılır.
Yenicag.az