Ermənistanda hərbi komissar döyüldü, onurğa sümüyü sındı

Ermənistanın Tavuş vilayətinin hərbi komissarı Lernik Ohanyan döyülüb.

Yenicag.az xəbər verir ki, 47 yaşlı Lernik Ohanyan qapalı kəllə-beyin zədəsi, hematoma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, insident yanacaqdoldurma məntəqələrindən birinin ərazisində baş verib.

Belə ki, Lernik Ohanyanla Berd şəhərinin iki mülki şəxsi arasında baş verən mübahisə sonda əlbəyaxaya keçib.

Nəticədə berdlilər hərbi komissarı amansızlıqla döyüblər.
Faktla bağlı cinayət işi başlanıb.

Xəsarət alan hərbi komissar əməliyyat olunub, o, hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır.