!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda hərbi qiyam baş verdi

!Reklam – Yazi

Ermənistanın hərbi hissələrindən birində əsgərlər qiyama cəhd göstəriblər.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan “Facebook” səhifəsində Ermənistandakı hərbi hissələrdən birində nizam-intizamın pozulması ilə bağlı xəbərləri şərh edərkən yazıb.

A.Ovannisyan qeyd edib: “Nizam-intizamı pozan bir neçə əsgər 90-cı illərin ruhuna uyğun olaraq ayrıca geyimdən və menyudan istifadə etməklə və zabtləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Onlar digər əsgərləri qiyama təhrik etməyə çalışıblar”.

O qeyd edib ki, bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib.

Nazirlik rəsmisi eyni zamanda 600-ə yaxın hərbçinin ölkənin cənubundakı hərbi hissəni tərk etməyə çalışdığı barədə məlumatları təkzib edib.

www.yenicag.az

2812
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv