Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib

Ermənistan hökuməti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.

N.Paşinyan bildirib: “Ermənistan Respublikasında hökumətin qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan edilir. Qərar dərc olunduğu andan qüvvəyə minir”.