Ermənistanda hökümət binasını partlatmaq istədilər

Ermənistanda əlində qumbara olan naməlum şəxs hökumət binasına daxil olaraq onu partlatmaq istəyib.

Yenicag.az xəbər verir ki, hadisə bu gün qeydə alınıb.

Lakin hökümət binasını partlatmaq istəyən şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Qeyd edək ki, bunu Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qaltsyan deyib.