Ermənistan prezidenti Armen Sarkisyan bu gün hökumətin istefasını qəbul edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Prezidentin saytında yerləşdirilən sərəncamda bunlar qeyd olunub: “Konstitusiyanın 13-cü maddəsinə əsaslanaraq Ermənistan Respublikasının hökumətinin istefası qəbul edilsin”.
Ölkə müxalifətinin lideri Nikol Paşinyan isə bəyan edib ki, Ermənistanın yeni baş naziri yaxın bir həftə ərzində təyin ediləcək: “Xalqın seçəcəyi yeni baş nazir yaxın həftə ərzində təyin edilməlidir. Bundan sonra müvəqqəti hökumət formalaşdırılacaq, daha sonra isə növbədənkənar parlament seçkiləri təyin ediləcək”.