Ermənistanda İES-in binasında güclü YANĞIN

Ermənistanın Kotayk bölgəsindəki İstilik Elektrik Stansiyasında (İES) güclü yanğın baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi açıqlayıb.

Qeyd olunub ki, yanğın Hrazdan İstilik Elektrik Stansiyasının istismar olunmayan binasında qeyə alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır, sözügedən yerdə qaynaq işlərinin aparıldığı bildirilir.