!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda keçmiş çağırışçıların səfərbərliyi başlayıb

!Reklam – Yazi

Bu günlərdə Azərbaycanla sərhəddə apardığı döyüşlərdə erməni ordusunun canlı qüvvədə böyük itkilər verməsi Ermənistan Müdafiə Nazirliyini silahla azacıq da olsa davrana bilən hər kəsi silah altına qoymağa məcbur edir.

Bu barədə Yenicag.az-a açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Ermənistan ordusuna keçmiş çağırışçıların və əlillərin səfərbərliyi başlayıb. Əldə olunan məlumata görə, Ermənistan ordusunun rəhbərliyi keçmiş hərbi qulluqçuları, çağırışçıları, o cümlədən ikinci və üçüncü qrup əlilləri, habelə həbsxana məhbuslarını Tavuş bölgəsinə göndərmək üçün tələsik şəkildə səfərbər edir. Bu o deməkdir ki, sərhəddə düşmənin şəxsi heyəti sırasında böyük boşluqlar yaranıb, həmin boşluqları canlı, lakin artıq “tullantı” materialı ilə yamaq etməyə çalışırlar”.

www.yenicag.az

832
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv