Ermənistanda kilsədə partlayış oldu

Ermənistanın Qeqarkunik vilayətinin Martuni şəhərində kilsədə partlayış olub.

Yenicag.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, hadisə zamanı kilsənin keşişi Akop Barseqyan yaralanıb və xəstəxanaya aparılıb.

Partlayışın səbəbi müəyyən edilməyib. Hadisə yerinə polis əməkdaşları gəlib.