Ermənistanda koronavirusa yoluxanların sayı 35 mini ötdü

Ermənistanda son sutkada daha 273 nəfər yeni növ koronavirusa yoluxub.

Yenicag.az “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 35 254 nəfərə çatıb. Daha 12 nəfər ölüb. Ölənlərin sayı 662 nəfərdir.

Ermənistanda COVID-19-dan sağalanların sayı 24 206 nəfərdir.