Ermənistanda son sutkada daha 229 nəfər yeni növ koronavirusa yoluxduğu aşkarlanıb.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 41 023 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan 3 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 809 nəfər olub.
Ermənistanda xəstəlikdən sağalanların sayı 33 897 nəfərdir.