Ermənistanda koronavirusa yoluxanların sayı 42 936 nəfərə çatıb

Ermənistanda son sutka ərzində 111 nəfər yeni növ koronavirusa yoluxub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 42 936 nəfərə çatıb.

Son sutkada daha 4 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 858 nəfərə çatıb.

Ermənistanda indiyədək virusdan 36 475 nəfər sağalıb, 5 343 nəfər hazırda müalicə olunur.