Ermənistanda son sutka ərzində 210 nəfər yeni növ koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 42 056 nəfərə çatıb.
Ermənistanda son sutkada daha 1 nəfər koronavirusdan ölüb və xəstəlikdən ölənlərin sayı 833 nəfərə çatıb.
Ölkədə indiyədək koronavirusdan sağalanların sayı 35 226 nəfərdir.