Ermənistanda koronavirusa yoluxanların sayı 43 270 nəfərə çatdı

Ermənistanda son sutka ərzində daha 203 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların ümumi sayı 43 270 nəfərə çatıb.

Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 864 nəfər koronavirusdan ölüb, 5 153 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

COP29