Ermənistanda son sutka ərzində daha 181 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 451-ə yüksəlib.
Ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 869-a çatıb. İndiyədək 37 264 nəfər infeksiyadan sağalıb.