Ermənistanda koronavirusa yoluxanların sayı 43 878 nəfərə çatdı

Ermənistanda son sutka ərzində daha 97 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 43 878-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 2 nəfər artaraq 881-ə çatıb. İndiyədək 38 356 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4 373 aktiv koronavirus xəstəsi var.