Ermənistanda koronavirusa yoluxanların sayı 45 500-ü ötüb

Ermənistanda daha 177 nəfərdə koronavirus aşkarlanıb.

Yenicag.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 45 503-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 909-a çatıb. İndiyədək 41 434 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 2 880 aktiv koronavirus xəstəsi var.