Ermənistanda koronavirusa yoluxanların sayı 49 mini ötdü

Ermənistanda daha 429 nəfərdə koronavirus aşkarlanıb.

Yenicag.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 49 072-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 948-ə çatıb. İndiyədək 43 576 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 4 253 aktiv koronavirus xəstəsi var.