Ermənistanda koronavirusa yoluxanların sayı 56 821 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, son sutka ərzində daha 370 nəfər koronavirusa yoluxub.
Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 026 nəfər koronavirusdan ölüb, 9 598 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.