Ermənistanda koronavirusa yoluxanların sayı artdı

Ermənistanda koronavirusa yoluxanların sayı 73 310 nəfərə çatıb.

Yenicag.az-ın məlumatına görə, son sutka ərzində 2 474 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 14 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 1 145 nəfər koronavirusdan ölüb, 21 560 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.