Ermənistanda koronavirusdan bir gündə 41 nəfər öldü

Ermənistanda koronavirusa yoluxanların sayı 89 813 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, son sutka ərzində 2 381 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 41 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 341 nəfər koronavirusdan ölüb, 32 788 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.