Ermənistanda son sutkada daha 8 nəfər koronavirusdan ölüb.
Yenicag.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusdan ölənlərin sayı 700-ə çatıb. Daha 383 nəfər yeni növ koronavirus yoluxub. Ümumi yoluxanların sayı 36 996-ya yüksəlib.
Qeyd olunub ki, İndiyədək 26 243 pasiyent infeksiyadan sağalıb. 9 833 nəfər müalicə olunur.