Ermənistanda koronavirusdan ölənlərin sayı 1 600 nəfəri keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 108 687 nəfərə çatıb.

Yenicag.az-ın məlumatına görə, son sutka ərzində 1 221 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 29 nəfərin ölümü qeydə alınıb.

 

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.