Ermənistanda koronavirusdan ölənlərin sayı 41 663-ə çatıb

Ermənistanda son sutka ərzində 168 nəfər yeni koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 41 663-ə çatıb.

Son sutkada Ermənistanda daha 1 nəfər koronavirusdan ölüb. Ölkədə bu virusdan ölənlərin sayı 818-dir.